AZ EN RU

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının heyəti Fuad Nəcəfli ilə görüşüb

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Muhammad Nasar Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli rəsmi "instagram" hesabında paylaşım edib.

Paylaşımda qeyd olunur ki, görüşdə əməkdaşlıq gündəliyində duran aktual məsələlər müzakirə edilib, xüsusən orqanik kənd təsərrüfatı məhsullarının yetişdirilməsində, bu sahənin inkişaf etdirilməsində FAO-nun texniki dəstəyinin həyata keçirilməsi, suvarma ilə bağlı məsələlərə FAO ekspertlərinin cəlb edilməsi, müxtəlif sahələr üzrə, irriqasiya, heyvandarlıq sahələrinin inkişaf etdirilməsi ilə bağlı yol xəritələrinin hazırlanmasının önəmi vurğulanıb.

Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 31.10.2023 23:44