AZ EN RU

BMT Azərbaycanın SPECA fonduna maliyyə yardımı ayırmasını alqışlayır

"SPECA yenindən fəallaşıb. BMT Baş Assambleyası bu yaxınlarda bu proqramla bağlı qətnamə qəbul etdi, bu münasibətlə iştirakçı ölkələri təbrik edirəm".

Bunu BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, SPECA-nın region üçün əhəmiyyəti daha da artır:

“Bu region ölkələrinin iqtisadiyyatı beş dəfə artıb. Dünyada vəziyyət dəyişib, siyasi çətinliklər artıb, amma eyni zamanda, iqtisadi inkişaf üçün yeni imkanlar, xüsusilə də tranzit logistika zəncirləri açılıb. SPECA öz bölgəsində iqtisadi artımı təmin edə bilib. Xüsusilə də yaşıl iqtisadiyyat sahəsində irəliləyişlər var”.

Tatyana Molçan qeyd edib ki, SPECA çoxtərəfli əməkdaşlığın bariz nümunəsidir:

“Bu platforma çərçivəsində regional bağlantıların potensialını görürük, birgə səylərlə bunu reallaşdıra bilərik. Biz SPECA-nın Etimad Fondunun yaranması ilə bağlı məsələnin tez zamanda həll olunacağını gözləyirik. Azərbaycanın fond üçün könüllü şəkildə vəsait ayırması qərarını alqışlayırıq və inanırıq ki, digər ölkələr də bu fonda töhfə verəcək".

Nəşr edilib : 24.11.2023 15:53