AZ EN RU

Blinken və Paşinyan Azərbaycanla delimitasiyanı müzakirə ediblər

Ermənistanın baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Bu barədə Ermənistan mətbuatına istinadən xəbər verilir.
Danışıq zamanı Tavuş vilayətində delimitasiya və Azərbaycanla danışıqlar müzakirə edilib.
Tərəflər aprelin 5-də Brüsseldə üçtərəfli görüşdə əldə edilmiş razılaşmaların həyata keçirilməsini də müzakirə ediblər.
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini müsbət qiymətləndirib. Bununla birlikdə, qaldırılan problemlərin həlli üçün mümkün olan hər şeyin olunacağına əmin edib.

Nəşr edilib : 28.04.2024 20:44