AZ EN RU

Blinken: ABŞ “Crocus City Hall”da törədilən terror aktını qətiyyətlə pisləyir

Birləşmiş Ştatlar terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyir və Moskva yaxınlığındakı “Crocus City Hall”da həlak olanlar üçün yas tutan ruslarla həmrəy olduğunu bildirir.

“İzvestiya” portalı xəbər verir ki, bu barədə martın 23-də Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken açıqlama yayıb.

“Biz həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gün axşam Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.

Nəşr edilib : 23.03.2024 21:21