AZ EN RU

Biz ay-ulduzlu üçrəngli bayraq yüksəklərdə dalğalansın deyə can verməyə daim hazırıq

27 sentyabrdan  başlayaraq 44 gün ərzində el bir oldu, “Biz birlikdə güclüyük!” şüarı Qarabağımızın azadlıq çağırışına döndü.  Alman faşizmindən daha qədim və acımasız olan erməni faşizminə “dəmir yumruğ”umuzla sarsıdıcı zərbə vurduq. Post-sovet məkanında 1945-ci ildən sonra ilk Qələbə paradı da Bakıda keçirildi. Vaxtı ilə ermənilərin “Bakıya öz tanklarımızla gedəcəyik” “xəyalını” ordumuz tərəfindən ələ keçirilən məğlub ordunun tanklarını parada gətirərək gerçəyə çevirdik. Hamı gördü ki, bu xalq torpaqlarının işğalına 30 il səbr edə bilər, amma bununla barışa bilməz. Amma 44 günlük müharibədən və antiterror əməliyyatından sonra belə ağlını başına toplaya bilməyən ermənilər hələ də “Qarabağ eşqi” ilə yaşayır. Hələ də ağlını başına toplaya bilməyən qonşularımız yaxın  günlərdə Ali Baş Komandanın qazandığı diplomatik qələbəyə etirazını Azərbaycan Bayrağını yandırmaqla bildirdi. Çünki silahla və əsrlərdir, maşa olduqları dövlətlərin köməyi ilə heç nə əldə edə bilməyəcəklərini anladılar. Dövlət Bayrağını yandırmaqla öz gücsüzlüklərini bir daha etiraf etdilər. Və bütün dünyaya necə zəif bir xalq olduqlarını göstərdilər.

Şəhid qanı ilə göylərə yüksələn bayrağımız daim qürur və əzəmətlə dalğalanacaq. Çünki biz ay-ulduzlu üçrəngli bayraq yüksəklərdə dalğalansın deyə can verməyə daim hazırıq.

Nəşr edilib : 24.04.2024 12:07