AZ EN RU

Bitkoinin qiyməti ilin əvvəlindən ilk dəfə rekord həddə çatıb

Dünyanın aparıcı kriptovalyutası olan bitkoinin qiyməti 38 min ABŞ dollarını keçib.

Bu, 2023-cü ildə qeydə alınmış yeni maksimumdur.

Bitkoinin qiyməti sonuncu dəfə 2022-ci ilin mayında bu həddi keçib. İl ərzində kriptovalyutanın məzənnəsi təxminən 133 % artıb.

“Coinmarketcap” platformasında bitkoinin qiyməti təxminən 38 390 ABŞ dolları təşkil edib.

Liderlər siyahısına “Solana” (SOL) tokeni daxildir (gündəlik artım 8,3 %). Növbəti yerləri “Dogecoin” (DOGE) - 4,5 %, “Cardano” (ADA) - 3,5 %, “Tron” (TRX) - 2,6 % tutur.

Analitiklərin proqnozlarına görə, bitkoin ilin sonuna qədər 42-45 min ABŞ dollarına qədər artacaq.

Nəşr edilib : 29.11.2023 18:14