AZ EN RU

Birincilikdə qalib komanda məlum olub

    Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan karate üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika açıq birinciliyinə yekun vurulub.Turnirin açılış mərasimində Naxçıvan  Dövlət  Filarmoniyasının Mahnı və Rəqs Ansamblının üzvlərinin və karate idman klublarının idmançılarının nümunəvi çıxışları olub.
    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə təşkil etdiyi yarışda yerli idmançılarla yanaşı, Bakı və Sumqayıt idmançıları da mübarizə aparıb. 250-dən çox idmançı müxtəlif yaş qruplarında 35 çəki dərəcəsində tatami üzərinə çıxıblar.
    Olimpiya sistemi üzrə keçirilən yarışın yekun nəticəsinə əsasən “Naxçıvan-1” komandası qalib adını qazanıb. “Naxçıvan-2” komandası ikinci, “Sumqayıt” komandası isə birinciliyi üçüncü yerdə başa vurublar.
    Sonda qaliblər diplom, medal və kubokla təltif ediliblər. Mükafatları Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov, Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev təqdim ediblər.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 07.05.2022 20:21