AZ EN RU

Birincilik keçirilib

Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib.

Yarışdan əvvəl Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov idmanın əhəmiyyətindən danışaraq bildirib ki,mütəmadi idmanla məşğul olan hərbi qulluqçu daha dözümlü, yüksək əhval-ruhiyyədə  olur, verilən tapşırıqları daha çevik və dəqiq yerinə yetirir.Bu səbəbdən də ordumuzda şəxsi heyətin fiziki hazırlığına xüsusi diqqət yetirilir, “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır!” devizi altında müxtəlif idman yarışları keçirilir.

Polkovnik-leytenant Vahid Məmmədovbirinciliyin keçirilməsi və təhlükəsizlik qaydaları haqqında məlumat verdikdən sonra yarışa start verilib.

13 komandadan 78 idmançının 6 çəki dərəcəsində mübarizə apardığı daşqaldırma yarışları birdən və təkanla qaldırma üzrə keçirilib.

Hər çəki dərəcəsində qaliblər hər iki növ çalışmada yığılmış ən çox xalla müəyyən edilib. Yekun nəticələrə əsasən komanda hesabında  birinci və  ikinci yerdə xüsusi təyinatlılar,üçüncü yerdəisəmotoatıcılar qərarlaşıb.

Yarışın sonunda şəxsi və komanda hesabında ilk üçlüyə düşməyi bacaran qaliblərə kubok,diplom və fəxri fərmanlar təqdim edilib. 

Kənan Cəlilov

Nəşr edilib : 20.02.2023 17:32