AZ EN RU

Birincilik başa çatıb

    Naxçıvan Şahmat Mərkəzində “Şahmat beyinin gimnastikasıdır!” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin V-VIII sinif şagirdlərindən ibarət komandaları arasında şahmat birinciliyi keçirilib.
    Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin rəhbərlik etdiyi birincilikdə 16 tam orta məktəbin komandası, hər komandada isə 4 oğlan, 2 qız  olmaqla, ümumilikdə, 96 şagird iştirak edib. Birincilikdə komandalar olimpiya sistemi üzrə mübarizə aparıblar.
    Yarışın yekun nəticəsinə əsasən 8 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb. 7 nömrəli tam orta məktəbin komandası ikinci, 3 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
    Sonda iştirakçılara diplom və fəxri fərmanlar təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 26.01.2023 19:25