AZ EN RU

Birinci vitse-prezident Mehriban Əliyeva Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Bu gün Zərifə Əliyevanın anadan olmasının 100 illiyi tamam olur. Bu xeyirxah, mehriban, səmimi İnsanı tanıyan hər kəs kimi, mən də onun nurlu simasını yaddaşımda qoruyub saxlayıram!".

Nəşr edilib : 28.04.2023 09:13