AZ EN RU

Birinci vitse-prezident Mehriban Əliyeva şəhid olmuş hərbi qulluqçularımızla bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızla bağlı instaqram səhifəsində paylaşım edib.

Paylaşımı təqdim edir: “Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə güc və səbir versin”.

Nəşr edilib : 13.09.2022 23:18