AZ EN RU

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rəsmi instaqram səhifəsində paylaşım edib.

Azərbaycan gənclərinə təbriklərini çatdıran Mehriban xanım Əliyeva paylaşımında qeyd edib: “Hər bir Azərbaycan gəncinə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, bütün təşəbbüslərində uğurlar diləyirəm!”.

Nəşr edilib : 02.02.2024 10:04