AZ EN RU

Birinci Qarabağ müharibəsində itkin düşən şəhidimiz torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri, Xasiyev Elşən Nəzərəli oğlu Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri, rayon sakinləri, hərbçilər, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.

Şəhid Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında, dualar və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb.

Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı qızı Xəyalə Xasıyevaya təqdim edilib.

Qeyd edək ki, Xasıyev Elşən Nəzərəli oğlu 1968-ci ildə Bakının Kürdəxanı qəsəbəsində anadan olub. 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub.

Nəşr edilib : 21.05.2024 13:22