AZ EN RU

Birinci Naxçıvan Kitab Sərgisi təşkil edilib - FOTOLAR

Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, ”Naxçıvan” Universiteti və “Hədəf” Şirkətlər Qrupunun təşkilatçılığı ilə ANAİB I Naxçıvan Kitab Sərgisi keçirilib.

Azərbaycan Nəşriyyatları Assosiasiyasının üzvləri və ANAİB I Naxçıvan Kitab Sərgisinin qonaqlarl "Naxçıvan" Universitetinin qonağı olub. Heyəti qarşılayan "Naxçıvan" Universitetinin rektoru cənab Anar Kazımov kitabın və mütaliənin önəmindən danışıb bu prosesə hər zaman dəstək verməyə hazır olduqlarını bildirib.

Daha sonra ANAİB-in sədri Şəmil Sadiq bütün qonaqlara, eləcə də Universitetin kollektivinə kitaba verdikləri dəstək üçün təşəkkür edib. Görüşdə Qulu Məhərrəmli, Əhməd Qəşəmoğlu, Varis Yolçuyev, Rəşad Məcid, Solmaz Amanova kimi qonaqlar və naşirlər iştirak edib.

Görüş tanışlıq və birgə layihələrin perspektivlərinin müzakirəsi formatında davam edib.

Sərgi iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin adını daşıyan muzeylə tanış olublar. “Naxçıvan” Universitetinin kampusunda reallaçdırılan sərgidə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Tanınmış ədiblərin iştirak etdiyi 2 günlük kitab sərgisində minlərlə kitab endirimli qiymətlərlə oxucuların ixtiyarında olacaq.

Aidə İBRAHİMOVA

 

 

Nəşr edilib : 13.05.2023 19:10