AZ EN RU

Bir sıra kəndlərdə rabitə xətləri yenilənir

    Muxtar respublikada əhalinin rabitə xidmətlərinə olan tələbatının ödənilməsi, xidmətlərin yüksək səviyyədə qurulması istiqamətində müvafiq tədbirlər görülür. Şərur  rayonunda da sakinlərin müasir internet və rabitə xidmətləri ilə təmin edilməsi diqqətdə saxlanılır. Hazırda rayonun Mahmudkəndində rabitə xətt təsərrüfatında təmir-bərpa işləri aparılır, metal dirəklər basdırılır, yeni abonent qutuları quraşdırılır, paylayıcı şkaflarda təmir-bərpa işləri həyata keçirilir, rabitə xətləri texniki normalara uyğun vəziyyətə gətirilir. Bu məqsədlə 15 ədəd dəmir rabitə dirəyindən,  1000 metrə yaxın müxtəliftutumlu kabellərdən və 5 ədəd abonent qutusundan istifadə olunacaqdır.
    Qeyd edək ki rayonun Yengicə, Qarxun, Püsyan, Danyeri və Çomaxtur kəndlərində də rabitə xətlərində təmir-bərpa işlərinin görülməsi nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Rabitə və

Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.08.2023 19:50