AZ EN RU

"Bir şəhid, bir çinar" adı altında keçirilən ağacəkmə aksiyasına Naxçıvan Muxtar Respublikasına təşkil edilən media turunda iştirak edən jurnalistlər də qoşulub

Aksiya Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Ordubad rayonunda təşkil edilib.  Rayon Mərkəzi Xəstəxanasının ərazisində rayonun 57 şəhidinin adına çinar ağacları əkilib. Hər bir ağacın yanında şəhidin şəkli, adı, soyadı və ata adı olan məlumat lövhələri qoyulub. Bununla yanaşı, lövhələrdə QR kodlar da yerləşdirilib ki, bu kodlar vasitəsilə də hər bir şəhid haqqında ətraflı məlumat əldə etmək mümkün olacaq.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 21.11.2023 12:46