AZ EN RU

“Bir millət iki dövlət forumu” keçirilir

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Türk Əmədaşlıq və Koordinasiya Agentliyi və Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin birgə təşkilatçılığı ilə "Bir millət iki dövlət forumu' keçirilir.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Türkiyə xalqının milli lideri Mustafa Kamal Atatürkün, Azərbaycan və Türkiyə şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndiriləcək.

Sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanmış və Azərbaycan-Türkiyə dostluq, qardaşlığını əks etdirən qısa filmlər nümayiş olunacaq.

Forumda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyə Respublikasının Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar, "TÜRKSOY"un baş katibinin köməkçisi Seyid Yusif və Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Adil Əliyev və Azərbaycan Respublikası Milli Məclisinin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, professor Hicran Hüseynova  çıxış edəcəklər. Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi, professor Fəxrəddin Altunun videomüraciəti yayımlanacaq.

Sonra Giresun Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, professor Yalçın Sarıkayanın moderatorluğu ilə "Zəngəzur dəhlizi və bölgəyə təsiri" adlı panel müzakirələr aparılacaq.

Nail ƏSGƏROV

Nəşr edilib : 26.10.2023 15:24