AZ EN RU

Biotexniki tədbir keçirilib

Çöl heyvanlarının sıx məskunlaşdığı və qalın qar örtüyünün müşahidə olunduğu ərazilərdə onların qida maddələrinə, həmçinin mineral duzlara olan ehtiyacının qismən ödənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən biotexniki tədbirlər həyata keçirilir.
Növbəti biotexniki tədbir Fevralın 2-də Arpaçay Dövlət Təbiət Yasaqlığının "Billava yurdu" adlanan ərazisində keçirilib. Yasaqlığın əməkdaşları tərəfindən əraziyə 22 kip qaba yem və 300 kiloqram daşduz dağıdılıb.
Fauna ehtiyatlarının mühafizəsi və artırılması məsələsini daim diqqət mərkəzində saxlayan Nazirlik, biotexniki tədbirləri zərurət yaranan digər ərazilərdə də davam etdirəcəkdir.

Nəşr edilib : 02.02.2024 18:08