AZ EN RU

Binəqədi rayonunda mebel sexində baş verən yanğınla mübarizə tədbirləri davam etdirilir

Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsi ilə əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN-in mətbuat xidmətindən bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

12:12

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan ilkin məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində yanğın baş verib.

FHN-in mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Nəşr edilib : 15.01.2024 13:56