AZ EN RU

Binəli Yıldırım və Şamil Ayrım Türkiyəyə yola salınıb

Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıb.

Bu barədə Türkiyə səfiri Cahit Bağçı özünün tviter hesabında bildirib.

Prezident İlham Əliyevin Binəli Yıldırımı, Şamil Ayrımı və mühafizəçi Oğuzhan Dəmirçini xstəxanada ziyarət etdiyini yazan səfir qeyd edib: “Yaxından maraqlandığı üçün cənab Prezidentə çox təşəkkür edirik. Var olsun! Xəstələrimizin vəziyyəti yaxşıdır. Türkiyəyə yola saldıq.

Nəşr edilib : 21.10.2022 14:27