AZ EN RU

Binəli Yıldırım: Bu gün 44 gün davam edən haqlı mübarizənin Zəfər Günüdür

Bu gün Qarabağ torpaqlarının azadlığa qovuşduğu şanlı günün ildönümüdür.

Bu fikirlər Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın Azərbaycanın Zəfər Günü ilə bağlı paylaşımında yer alıb.

Binəli Yıldırımın bayram mesajında bildirilir: “Bu gün Qarabağ torpaqlarının azadlığa qovuşduğu şanlı günün ildönümüdür.

Bu gün 44 gün davam edən haqlı mübarizənin Zəfər Günüdür. Qardaşlarımı ən səmimi arzularımla təbrik edirəm”.

Mesaj #TekMilletİkiDevlet haştaqı ilə yayımlanıb.

Nəşr edilib : 08.11.2023 15:08