AZ EN RU

Bilik Gününə həsr olunmuş sərgi

    Naxçıvan Muxtar Respublikası  Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Optimal Akademiya və Naxçıvan Muxtar Respublikası  Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə 15 sentyabr – Bilik Gününə həsr olunmuş “Art day” adlı sərgi keçirilib. 
    Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva açıb. Qeyd olunub ki, sərgidə gənc müəllim və onların şagirdlərinin 100-dən çox əl işi təqdim olunur. Bu rəsm işlərində uşaqların istək və arzuları, xəyalları və daxili dünyası öz əksini tapmaqla Vətənə sevgi və hörmət, insana sevgi motivləri ön planda durur. 
    “Optimal Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Murad Rüstəmov qeyd edib ki, rəsm kurslarına 5 yaşdan etibarən şagirdlər qəbul edilir. Vurğulanıb ki, incəsənət uşaqları kiçik yaşdan etibarən formalaşdırır, bu səbəbdən azyaşlı uşaqlar da kursa qəbul edilir. 
    Kursun müəllimi Yaqut Əhmədova sərgidə iştirak edən şagirdlərin fəaliyyəti barədə məlumat verib, rəsm həvəskarlarına uğurlar arzu edib. 
    Sonda sərgi iştirakçılarına diplom təqdim edilib, sərgiyə baxış olub. 

 Aysel YUSİFZADƏ

Nəşr edilib : 14.09.2023 20:58