AZ EN RU

Biçənək kəndində dağ uçqunu avtomobil yolunu bağlayıb

Bu gün gecə saatlarında güclü yağan yağışlar nəticəsində  Şahbuz rayonu Biçənək kənd avtomobil yolunda dağ uçqunu baş verib. 
"Şərq qapısı" xəbər verir ki, nəticədə Zərnətun körpüsünün yaxınlığına iri qaya parçaları aşaraq hərəkətin məhdudlaşmasına səbəb olub. Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Qısa müddət ərzində qaya parçaları dağıdılaraq ərazidən uzaqlaşdırılıb və sözügedən yol ilə rahat, təhlükəsiz hərəkət təmin olunub.

Nəşr edilib : 19.03.2024 23:44