AZ EN RU

Bəzi rayonlara leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA

İyunun 1-i saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Mingəçevir, Şəki, Şahdağ, Oğuz, Tərtərdə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Daşkəsən rayonunda saat 15:53-15:57 radələrində diametri 20 mm, Göygöl rayonu Kərəmli kəndinə saat 16:20-16:24 radələrində 10-12 mm, Göygöl rayonu Şəhriyar kəndinə saat 16:23 radələrində 10-14 mm, Gədəbəy rayonuna isə saat 17:45-18:00 radələrində 6 mm olan dolu düşüb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 25, Naxçıvan MR-da 34, Aran rayonlarında 36, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.

Nəşr edilib : 01.06.2024 18:27