AZ EN RU

Beynəlxalq Tibbi Forumun iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər

Naxçıvanda keçirilən I Beynlxalq Tibbi Forum çərçivəsində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən qonaqlar Ulu Öndərin heykəlinin önünə gül dəstələri qoyub hörmət və ehtiramlarını ifadə ediblər. Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev qonaqlara məlumat verib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əks etdirən muzey 10 may 1999-cu ildən fəaliyyət göstərir. Muzey yarandığı dövrdə 420 eksponatla fəaliyyətə başlasa da bu gün muzey fondunda 5379 eksponat mövcuddur. Muzeyin kitabxanasında ümummilli liderin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar mühafizə və nümayiş olunur.

Muzeyin direktoru iştirakçılara ümummilli liderin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər, dahi rəhbərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən imzaladığı qərarlar, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, xatirə əşyaları və digər dəyərli eksponatlar barədə ətraflı məlumat verib. Ümummilli lider və Mustafa Kamal Atatürkün həyat yolu və siyasi fəaliyyəti ilə bağlı oxşar məqamlar qonaqların diqqətinə çatdırılıb.

Qonaqlar muzeyin xatirə kitabına öz ürək sözlərini yazıb, xatirə şəkli çəkdiriblər.

Nəşr edilib : 18.06.2022 16:59