AZ EN RU

Beynəlxalq tədbirdə Qərbi azərbaycanlıların qayıdış hüququ barədə danışılıb

Qərbi Azərbaycan İcmasının Gənclər Birliyi sədrinin müavini, Milli Məclisinin deputatı Kamal Cəfərov Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75-ci ildönümü münasibətilə dekabrın 11-12-də İsveçrənin Cenevrə şəhərində keçirilən yüksəksəviyyəli tədbirdə İcmanı təmsil edir.

İcmadan bildiriblər ki, tədbir çərçivəsində müzakirələrdə iştirak edən K.Cəfərov Ermənistandan azərbaycanlıların qovulması haqqında məlumat verib, onların qayıdış hüququnun təmin edilməsinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbi olduğunu vurğulayıb. O, İcmanın Qayıdış Konsepsiyası barədə məlumat verərək, Ermənistanın Qərbi azərbaycanlılara qarşı törətdiyi hüquq pozuntularının aradan qaldırılması, xüsusilə qayıdış hüququnun təmin edilməsi sahəsində BMT-nin insan hüquqları qurumlarının dəstəyinə və əməkdaşlığına ümid etdiyini bildirib.

Milli Məclisinin deputatı Kamal Cəfərov tədbir zamanı, həmçinin BMT-nin və bir sıra üzv dövlətlərinin nümayəndələri ilə görüşüb.

Nəşr edilib : 11.12.2023 17:14