AZ EN RU

Beynəlxalq riyaziyyat müsabiqəsi keçirilib

    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə AMC (American Mathematics Competitions) Beynəlxalq riyaziyyat müsabiqəsi keçirilib.
    Müsabiqə hər il Amerika Riyaziyyatçılar Assosiasiyası tərəfindən dünyanın 40-dan çox ölkəsində təşkil olunur. 
    Muxtar respublikada 8 mərkəzdə təşkil edilən imtahan zamanı, ümumilikdə, 750 şagird öz biliklərini yoxlayıb. 
    Şagirdlər müsabiqədə iştirak etmək üçün onlayn qaydada qeydiyyatdan keçiblər. Müsabiqədə şagirdlərə test formatında 25 sual təqdim olunub, cavablandırmaq üçün isə 75 dəqiqə vaxt verilib. Müsabiqədə yüksək nəticə əldə edən hər bir şagirdə beynəlxalq sertifikat təqdim olunacaq.
    Müsabiqənin keçirilməsində məqsəd VII-IX sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 18.01.2022 19:50