AZ EN RU

Beynəlxalq reytinqli şahmat turnirinə start verilib

Naxçıvan Şahmat Mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş FIDE reytinqli şahmat turniri keçirilir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Naxçıvan Şahmat Federasiyası ilə birgə təşkil etdiyi yarışda müxtəlif yaş kateqoriyalarına mənsub 64 şahmatçı iştirak edir.

Yerli şahmatçıların beynəlxalq reytinqinin yüksəlməsinə xidmət edən turnir dekabrın 12-dək davam edəcək. 9 turdan ibarət yarışın yekun sıralaması reytinq hesablamaları üçün Beynəlxalq Şahmat Federasiyasına (FIDE) göndəriləcək.

İlk üç yerin sahibləri və müxtəlif nominasiyaların qalibləri mükafatlandırılacaqlar.   

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.12.2023 17:40