AZ EN RU

Beynəlxalq Qadınlar Günü münasibətilə cəzaçəkmə müəssisəsində tədbir keçirilib

Martın 8-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə müəssisəsində Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. 
Tədbirdə Ədliyyə Nazirliyinin əməkdaşı Nuranə Kərimova və Penitensiar Xidmətin əməkdaşı Nizami Nəcəfov çıxış ediblər.  Əməkdaşlar əlamətdar gün münasibətilə məhkum qadınları təbrik edib, onlara sağlamlıq, ailə səadəti və qadın xoşbəxtliyi arzu ediblər. Çıxışlarda Prezident cənab İlham Əliyevin Azərbaycanda qadınlara, uşaqlara, onların hüquqlarının müdafiəsinə göstərdiyi yüksək diqqət və qayğıdan danışılıb. Vurğulanıb ki, qadının ailədə, cəmiyyətdə özünə layiqli yer tutması dövlət siyasətinin prioritetlərindən biridir. Ölkəmizdə qadınlar üçün geniş imkanlar yaradılır, məşğulluq, sağlamlıq, təhsil və sosial sahələrdə gender bərabərliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür. 
Sonra qadın məhkumlara hədiyyələr verilib, tədbir çay süfrəsi arxasında davam edib.
Qeyd edək ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən məhkum qadınlara yaxınları ilə əlavə görüş və uzadılmış telefon danışıqlarına icazə verilib.


Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 08.03.2024 16:16