AZ EN RU

Beynəlxalq Poeziya Günü münasibətilə tədbir keçirilib

    Martın 17-də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Poeziya Günü münasibətilə tədbir keçirilib. 
    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının baş məsləhətçisi Aygün Heydərli tədbiri giriş sözü ilə açaraq Beynəlxalq Poeziya Gününün tarixindən danışıb. 
    Qeyd olunub ki, ədəbiyyatın ən böyük amalını və tarixi missiyasını mənsub olduğu xalqa xidmətdə görən xalqımızın Ümummilli Lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan ədəbiyyatının inkişafına çalışmış, yaradıcı ziyalıları himayə etmiş, sağlam ədəbi mühitin yaradılmasını əsas vəzifələr sırasına çəkmişdir. Ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndərin rəhbərliyi ilə milli dəyərlərimizə qayğı, adət-ənənələrimizin qorunub yaşadılması, mədəniyyətimizin və incəsənətimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlər ədəbiyyatımızın, eləcə də poeziyamızın yeni çalar qazanmasına səbəb olmuşdur. Bu dövrdə repressiya qurbanlarının əsərlərinə ikinci həyat verilmiş, Azərbaycan ədəbiyyatının qorunması və təbliği məqsədilə ardıcıl tədbirlər görülmüşdür.
   Vurğulanıb ki, ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycan ədəbiyyatının inkişafına, ədiblərin yaradıcılıq uğurlarının daha da artmasına xüsusi diqqət və qayğı göstərir. 
    Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev “Dünyanın söz xəzinəzi günü”, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova, “21 Mart – Beynəlxalq Poeziya Günüdür” mövzusunda çıxış ediblər.
    Sonda C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktrisası Şölə Novruzbəylinin və şairlərin ifasında poeziya nümunələrinin bədii qiraəti olub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət
 Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.03.2023 20:55