AZ EN RU

Beynəlxalq olimpiada keçirilib

    Aprelin 9-da muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında  ilk dəfə olaraq SASMO beynəlxalq riyaziyyat olimpiadası keçirilib.
    Olimpiada Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunub. 
     SASMO beynəlxalq riyaziyyat olimpiadasında iştirak etmək üçün  muxtar respublikanın ümumtəhsil məktəblərinin 1-11-ci siniflərindən  297 şagird qeydiyyatdan keçib.
    Saat 10:00-da başlayan olimpiadada şagirdlərə 25 sual təqdim olunub ki, onlardan 15-i test,10-u açıqtiplidir.Test sualları 2, açıqtipli suallar isə  4 balla qiymətləndiriləcək. Olimpiada qaydalarına əsasən test suallarında hər bir səhv cavab bir balı aparır. Olimpiadada  şagirdlərə 90 dəqiqə vaxt ayrılıb.
    Olimpiada Sinqapur Təhsil Nazir­liyi tərəfindən keçirilib. Builki  olimpiadada 44 ölkədən 40 minə yaxın şagirdin  iştirakı nəzərdə tutulur.
    Olimpiadada nəticə göstərən şagirdlərə  qızıl, gümüş və bürünc medallar, iştirakçılara isə sertifikatlar təqdim olunacaq. 
    Medal qazanan şagirdlər noyabr ayında Sinqapurda keçiriləcək  olimpiadanın final mərhələsində  iştirak etmək hüququ qazanacaqlar.
    SASMO beynəlxalq riyaziyyat olimpiadasının keçirilməsində məqsəd aşağı siniflərdə təhsil alan şagirdlərin  riyaziyyat fənninə motivasiyasını artırmaq, yuxarı sinif şagirdlərinin isə xarici ölkələrdə təhsil almalarına şərait yaratmaqdır.  
    Qeyd edək ki, olimpiadanın nəticələri 1 ay ərzində elan olunacaq.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti 

Nəşr edilib : 11.04.2022 19:56