AZ EN RU

Beynəlxalq müşahidəçilər ölkəmizdə monitorinqə başlayır

Bu gündən etibarən MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçiləri Azərbaycanda seçkilərin qısamüddətli monitorinqinə başlayır.
Fevralın 4-6-da namizədlərin Seçki Qərargahı, Mərkəzi Seçki Komissiyası, Baş Prokurorluq, Konstitusiya Məhkəməsi və Milli Məclis rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.
Qrupda Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın deputatları və senatorları iştirak edəcək.

Nəşr edilib : 04.02.2024 01:54