AZ EN RU

Beynəlxalq məktəbdə açıq dərs keçilib

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq məktəbinin VIIIC sinfində biologiya fənni üzrə “İfrazat sistemi” mövzusunda açıq dərs keçilib. Açıq dərs qrafikinə uyğun olaraq dərsdə məktəbin direktoru Nazim Rəhimov, hərbi rəhbər Aqşin Məmmədov, psixoloq Nərmin Şabanova və biologiya müəllimləri iştirak ediblər.

Açıq dərsin keçirilməsində məqsəd sinif və qrup işinin təşkili, həmçinin təlim prosesinin standartlara uyğunluğunu yoxlamaqdan ibarət olub. Şagirdlər mövzu ilə bağlı müzakirələrə cəlb ediliblər. Mövzuya aid videomateriallardan və dərslikdən istifadə edilməklə  ifrazat sisteminin  orqanizmdə mühüm rolundan danışılıb.

Dərsin sonunda çıxış edən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq məktəbinin direktoru Nazim Rəhimov açıq dərsdə şagirdlərin fəal iştirak etdiyini vurğulayıb, qrup işinin düzgün təşkil edilməsindən razılığını bildirib.

Gülcamal TAHİROVA

 

Nəşr edilib : 28.02.2024 15:33