AZ EN RU

Bəxtiyar Əsgərov: Naxçıvan Prezident İlham Əliyevin diqqət və qayğısı ilə müasir inkişaf dövrünün yeni mərhələsinə başlayır

Bu gün ardıcıl, düşünülmüş, uzaqgörən siyasətin nəticəsində Naxçıvan birbaşa Prezident İlham Əliyevin diqqət və qayğısı ilə öz müasir inkişaf dövrünün yeni mərhələsinə başlayır.

Bu sözləri Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov “Heydər Əliyev və Naxçıvanın muxtariyyəti” adlı dəyirmi masada çıxışı zamanı söyləyib.

B.Əsgərov deyib ki, son 100 il ərzində Naxçıvan Muxtar Respublikası böyük inkişaf yolu keçib. Muxtar respublikada müstəqillik illərində görülən işlər, həyata keçirilən quruculuq tədbirləri Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə uğurla davam etdirilməsinin nəticəsidir.

Nəşr edilib : 22.02.2024 11:43