AZ EN RU

Beş ölkənin zabitləri “Qafqaz Qartalı - 2024” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” ndə iştirak ediblər

Müdafiə Nazirliyinin və digər dövlət qurumlarının rəhbər heyəti, eləcə də Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Tacikistanın bir qrup yüksək çinli zabiti ölkəmizdə keçirilən “Qafqaz Qartalı-2024” birgə təlimi çərçivəsində təşkil olunan “Yüksək səviyyəli Müşahidəçi Günü”ndə iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, müdafiə nazirinə maket üzərində planlaşdırılan fəaliyyətlər və təlimin gedişi barədə məruzə olunduqdan sonra aviasiya vasitələrinin dəstəyi ilə xüsusi təyinatlılar müxtəlif tapşırıqları icra ediblər.

Yüksək səviyyəli qonaqlar Azərbaycan, Türkiyə və Gürcüstanın təlimdə iştirak edən xüsusi təyinatlılarının fəaliyyətlərini izləyiblər.

Tədbirin sonunda general-polkovnik Zakir Həsənov “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün iştirakçıları ilə görüşüb.

Müdafiə naziri peşəkar ordunun formalaşmasında Xüsusi Təyinatlı Qüvvələrin mühüm əhəmiyyətə malik olmasından danışıb. Z.Həsənov hərbi qulluqçuların peşəkarlığının daha da artırılması, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin regionda sülhün və sabitliyin təmin olunması məqsədilə belə birgə təlimlərin keçirilməsinin vacibliyini xüsusi vurğulayıb. Ümumilikdə təlimin gedişatını yüksək qiymətləndirən müdafiə naziri hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.

Nəşr edilib : 11.06.2024 16:15