AZ EN RU

“Bərabər dayanıqlı ailə planlaşdırması uğursuz nikahların qarşısını alan əsas faktorlardandır ” mövzusunda maarifləndirici tədbir keçirilib

2023-cü il 19 sentyabr tarixində Şərur rayon Zeyvə kəndində  “Bərabər dayanıqlı ailə planlaşdırması uğursuz nikahların qarşısını alan əsas faktorlardandır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova açaraq tədbirin əhəmiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət ailə, qadın və uşaq siyasətindən,eləcə də ailə dəyərləri və ailədə ailə dəyərlərinin yaşadılmasının əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. O, bildirib  ki, ailələrin möhkəm olması üçün ailədə hər iki tərəf ailənin bütövlüyünün qorunması, o ailədə böyüyəcək övladların hərtərəfli və sağlam böyüməsi üçün çalışmalıdır. 
Sonra Aparatın Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Yaqut Abbaszadə  slayd vasitəsilə çıxış edib. O, ailədə bərabərliyin, dayanıqlılığın necə olmasını, bərabər və dayanıqlı ailə planlaşdırmasının yollarından və planlaşdırmanın  əhəmiyyətindən bəhs edib. Dayanıqlı ailədə  ailə üzvləri arasında güclü bağlılığın, qarşılıqlı hörmətin, ünsiyyət və həmrəylik hisslərinin mövcudluğunun var olduğunu vurğulayıb, cəmiyyətin aktual məsələsi olan erkən nikah və onun fəsadları haqqında  tədbir iştirakçılarına ətraflı məlumat verib. 
Tədbir diskussiya xarakterli olub, tədbir iştirakçıları fikir mübadiləsi aparıb, suallar cavablandırılıb. İştirakçıklara müvafiq mövzularda 50 maarifləndirici  broşür paylanılıb və tədbir iştirakçıları arasında mövzu ilə əlaqədar yazılı şəkildə sorğu keçirilib. Tədbirdən 50 nəfər yararlanıb.

Naxçıvan Muxtar Respublikası

 Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 20.09.2023 09:31