AZ EN RU

“Bərabər dayanıqlı ailə planlaşdırması uğursuz nikahların qarşısını alan əsas faktorlardandır ” mövzusunda maarifləndirici tədbir keçirilib

2023-cü il 25 avqust tarixində Şahbuz şəhərində “Bərabər dayanıqlı ailə planlaşdırması uğursuz nikahların qarşısını alan əsas faktorlardandır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri Şahbuz Rayon İcra Hakimiyyəti başçısının aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri-dini qurumlarla işin təşkilatçısı Cəlal Paşayev açaraq tədbirin əhəmiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparatının ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət ailə, qadın və uşaq siyasətindən,eləcə də ailə dəyərləri və ailədə ailə dəyərlərinin yaşadılmasının əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. O, bildirib  ki, ailələrin möhkəm olması üçün ailədə hər iki tərəf ailənin bütövlüyünün qorunması, o ailədə böyüyəcək övladların hərtərəfli və sağlam böyüməsi üçün çalışmalıdır. 
Sonra Aparatın Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Yaqut Abbaszadə  slayd vasitəsilə çıxış edib. O, ailədə bərabərliyin, dayanıqlılığın necə olmasını, bərabər və dayanıqlı ailə planlaşdırmasının yollarından və planlaşdırmanın  əhəmiyyətindən bəhs edib. Dayanıqlı ailədə  ailə üzvləri arasında güclü bağlılığın, qarşılıqlı hörmətin, ünsiyyət və həmrəylik hisslərinin mövcudluğunun var olduğunu vurğulayıb, cəmiyyətin aktual məsələsi olan erkən nikah və onun fəsadları haqqında  tədbir iştirakçılarına ətraflı məlumat verib. 
Tədbir diskussiya xarakterli olub, tədbir iştirakçıları fikir mübadiləsi aparıb, suallar cavablandırılıb. İştirakçıklara müvafiq mövzularda 55 maarifləndirici  broşür paylanılıb və tədbir iştirakçıları arasında mövzu ilə əlaqədar yazılı şəkildə sorğu keçirilib. Tədbirdən 55 nəfər yararlanmışdır.

Naxçıvan Muxtar Respublikası

 Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 25.08.2023 15:57