AZ EN RU

“Bərabər dayanıqlı ailə planlaşdırması uğursuz nikahların qarşısını alan əsas faktorlardandır” mövzusunda maarifləndirici tədbir keçirilib

    Babək  şəhərində “Bərabər dayanıqlı ailə planlaşdırması uğursuz nikahların qarşısını alan əsas faktorlardandır” mövzusunda maarifləndirici tədbir keçirilib. Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova tədbiri giriş sözü ilə açıb.
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət ailə, qadın və uşaq siyasətindən,eləcə də ailə dəyərləri və ailədə ailə dəyərlərinin yaşadılmasının əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. 
  Sonra komitənin əməkdaşı Yaqut Abbaszadə  slayd vasitəsilə çıxış edib. O, ailədə bərabərliyin, dayanıqlılığın necə olmasını, bərabər və dayanıqlı ailə planlaşdırmasının yollarından və planlaşdırmanın  əhəmiyyətindən bəhs edib. Dayanıqlı ailədə  ailə üzvləri arasında güclü bağlılığın, qarşılıqlı hörmətin, ünsiyyət və həmrəylik hisslərinin mövcudluğunun var olduğunu vurğulayıb, cəmiyyətin aktual məsələsi olan erkən nikah və onun fəsadları haqqında  tədbir iştirakçılarına ətraflı məlumat verib. 
    Tədbir diskussiya xarakterli olub, suallar cavablandırılıb, müvafiq mövzularda maarifləndirici broşür paylanılıb və tədbir iştirakçıları arasında mövzu ilə əlaqədar yazılı şəkildə sorğu keçirilib. 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə 

Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 05.07.2023 20:12