AZ EN RU

Bənəniyar su anbarını qidalandıran kanal yenidən qurulacaq

Muxtar respublikada qlobal proseslər və coğrafi şərait nəzərə alınaraq suvarma suyu ilə təminat, su itkisinin minimuma endirilməsi üçün müvafiq işlərin icrası diqqətdə saxlanılır.  Bu sahədə reallaşdırılan tədbirlərin davamı olaraq  Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə kanalın texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması məqsədilə ötən il oktyabrın 19-da “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Noyabrın 27-də müsabiqə uğurla yekunlaşıb. Müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “MELİORATOR LAYİHƏ-TƏDQİQAT” MMC ilə dekabrın 21-də satınalma müqaviləsi imzalanıb. Sözügedən kanalın texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 230.000,0 manat vəsaitin 70.080,0 manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 159,920,0 manat məbləğində qənaət əldə olunub.

Nail ƏSGƏROV

Nəşr edilib : 17.01.2024 17:11