AZ EN RU

Bələdiyyə torpaqlarının idarə edilməsi mövzusunda seminar olub

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin birgə təşkilatçılığı ilə Qaraçuq Kənd Mərkəzində “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunvericiliyin tələbləri” mövzusunda seminar keçirilib. 
    Seminarda qeyd olunub ki, bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə olunması qarşıda duran mühüm vəzifələrdəndir. 
    Torpaqlardan təyinatı üzrə istifadə olunması bu sahədə müsbət nəticələrin əldə olunmasına da zəmin yaradır. Bu baxımdan bələdiyyələrin fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun qurulmalıdır. Bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi məsələləri Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin və aidiyyəti dövlət qurumlarının diqqətindədir və bu istiqamətdə zəruri maarifləndirmə tədbirləri keçirilir, metodiki vəsaitlər təqdim edilir. 
    Sonda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, metodiki vəsaitlər təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
   Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.07.2023 18:45