AZ EN RU

Bələdiyyə büdcəsinin formalaşmasına dair qanunvericiliyin tələbləri izah edilib

Oktyabrın 10-da Ordubad rayonunda “Bələdiyyələrin büdcəsinin  formalaşması və maliyyə uçotunun aparılmasına dair qanunvericiliyin  tələbləri” mövzusunda seminar keçirilib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin  birgə təşkilatçılığı  keçirilən seminarda rayon üzrə fəaliyyət göstərən bələdiyyə sədrlərinin və üzvlərinin iştirakı təmin edilib.

Seminarda Ədliyyə Nazirliyinin əməkdaşı Rövşən MirzəyevMaliyyə Nazirliyininəməkdaşı Miryaqub Seyidov mövzu ilə bağlı çıxış ediblər.

Bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsi ilə əlaqədar qanunvericilikdən irəli gələn məsələlər barədə məlumat verilib. Bildirib ki,bələdiyyələrin maliyyə imkanlarının yaxşılaşdırılması, qanunvericilikdə müəyyənləşdirilmiş yerli vergi və ödənişlərin yerli büdcələrə ödənilməsinin təmin olunması istiqamətində  bələdiyyələrə zəruri köməkliyin göstərilməsi Ədliyyə Nazirliyinin diqqət mərkəzində saxlanılır. Yerli özünüidarəetmə sahəsində nazirliyin funksiyalarına uyğun olaraq bələdiyyələrin işinin təşkilinə kömək, onlara metodoloji yardım göstərilməsi istiqamətində ardıcıl tədbirlər görülür, aidiyyəti dövlət orqanları ilə maarifləndirici tədbirlər keçirilir.

Tədbir qarşılıqlı diskussiya şəklində davam edib, mövzular ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası

Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 10.10.2023 18:47