AZ EN RU

BƏƏ-dən olan nazir müavini: Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri qabaqcıl və uğurlu təcrübələrini bölüşür

Biz Azərbaycana hər dəfə səfərimizdə onun zəngin irsi, müasir inkişafı, təbii mənzərələri özündə birləşdirən Bakı və Şəki kimi şəhərlərin qədimliyini çox yaxşı xatırlayırıq. Azərbaycan Nizami Gəncəvi kimi tarixi şəxsiyyətləri ilə bütün dünyada tanınır. Bu şəxsiyyətlər gələcək nəsillərin inkişafı üçün mühüm elmi töhfələr veriblər”.

Bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Rəqabətlilik və Təcrübə Mübadiləsi üzrə kabinet işləri nazirinin müavini Abdulla Naser Lutah Bakıda “Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumu”nda çıxışında deyib.

Nazir müavini bildirib ki, iki ölkə qabaqcıl və uğurlu təcrübələrini bölüşür və bu istiqamətdə qabaqcıl model hazırlamağa çalışır: “Ulu Tanrı iki qardaş ölkəyə müstəsna liderlər bəxş edib. Hər iki Prezidentin baxışları və məqsədləri aydındır”, - deyə nazir müavini bildirib.

Nəşr edilib : 11.06.2024 12:35