AZ EN RU

Bədii şuranın ilk iclası keçirilib

Fevralın 5-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının bədii şurasının yeni tərkibdə ilk iclası keçirilib.

Əvvəlcə bədii şuranın sədri, teatrın direktoru, Xalq artisti Rza Xudiyev şuraya yeni qəbul edilən üzvlər haqqında məlumat verib. Sonra 2024-cü ildə hazırlanacaq tamaşalarla bağlı geniş müzakirələr aparılıb. Qeyd olunub ki, bu il teatrın səhnəsində 4 səhnə əsərinin nümayişi nəzərdə tutulub.  Bunlar Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş Həsənəli Eyvazlının “Araz sahilində doğan günəş”, həmçinin Cəlil Məmmədquluzadənin “Ölülər”, Əli Əmirlinin “Xeyir xəbər” və Qriqori Qorinin “Herostratı unudun” pyesidir.

Vurğulanıb ki, teatrın yaradıcı heyəti tərəfindən plandankənar tamaşaların da nümayişi nəzərdə tutulub. 

Sonra rejissorlar səhnə əsərləri ilə bağlı geniş məlumat veriblər.

Naxçıvan Muxtar Respublikasının 

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 05.02.2024 17:53