AZ EN RU

Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbir

5 mart - Bədən Tərbiyəsi və İdman Günü  ilə əlaqədar Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin müəllimləri Nicat Allahverdiyev və Valeh Əlixanov çıxış ediblər. Qeyd olunub ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin idmana və idmançıya olan xüsusi diqqət və qayğısı bu sahədə fəaliyyət üçün böyük stimul olub. Bu gün ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib.  Qürurvericidir ki, idmançılarımız beynəlxalq səviyyəli yarışlarda ölkəmizi layiqincə təmsil edirlər, bayrağımızı daim yüksəklərə qaldırırlar.

Bildirilib ki, gənc nəslin fiziki sağlamlığının qorunmasında, idmana marağının artırılmasında təhsil ocaqlarında təşkil olunan idman dərslərinin də mühüm rolu vardır.

 Bu gün ən ucqar kənd məktəblərində yüksək keyfiyyətli idman strukturu yaradılıb, məktəbli idmançıların istifadəsinə verilib. Məhz elə aparılan bu cür məqsədyönlü  tədbirlərin nəticəsidir ki, uşaqlarımız idmana, sağlam həyat tərzinin formalaşması istiqamətinə sürətlə yönəlir və idmançı kimi inkişaf edirlər. İdman mütəxəssislərinin qarşısında duran əsas vəzifələrdən biri elə məhz  şagird və tələbələrin zərərli vərdişlərdən uzaqlaşıb sağlam həyat tərzinin formalaşması istiqamətinə yönəlmələrini təmin etməkdən ibarətdir.

Nəşr edilib : 01.03.2023 16:44