AZ EN RU

Bayramda Naxçıvanda 8 nəfər zəhərlənib

Naxçıvan Muxtar Respublikasında bayram günlərində zəhərlənmə halları qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən verilən məlumata görə, bayram günlərində muxtar respublikada 8 zəhərlənmə halı qeydə alınıb. Onlardan 4-ü bir ailənin üzvləridir və salatdan zəhərləniblər. Digər zəhərlənmələr xiyar turşusu, qarışıq qida, istidə qalmış ət yeməyindən zəhərlənmələrdir. Xəstələrdən 2-nə stasionar, 6-na isə ilkin yardım edildikdən sonra ambulator müalicə təyin edilib. 
Hazırda hamısının vəziyyəti normaldır.

Nəşr edilib : 03.01.2024 17:28