AZ EN RU

Bayrağımız dövlətimizin suverenliyinin rəmzidir

Azərbaycanın dövlət rəmzlərindən biri olub, üzərində səkkizguşəli ulduz və ayparanı əks etdirən üçrəngli bayrağımız Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası hökümətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında, XX əsrin birinci rüblüyündə, 1918-ci ildə qəbul edilib.

Bayraq hər bir xalqın kimliyi, müstəqilliyi və dövlətçiliyinindən xəbər verir. Bayraq varsa, göy səmada, yüksəklərdə dalğalanırsa biz də varıq. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay ömür sürməsi nəticəsində xalqımız öz doğma bayrağından 70 il ayrı düşməyə məcbur oldu. Ancaq bu illər ərzində xalqımızın bayrağımıza olan sevgisi bir zərrə belə azalmadı, əksinə bu sevgi ayrılıqla birləşib daha da böyüdü, gücləndi. Hamılıqla  inanılırdı ki, yenidən bayrağımıza qovuşacağıq və bu günü səbirsizliklə gözləyirdilər. Millətimiz sadəcə gözləməklə də qalmayıb əzmlə mübarizə aparırdı. Nəhayət 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının bayrağı elan olundu. 1991-ci il fevralın  5-də isə Azərbaycan Respublikasının Ali Soveti bayrağımıza Azərbaycan Respublikasının dövlət bayrağı statusunu verdi. Ümummilli Liderimiz bayrağımız haqqında deyirdi: Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.  Bizim üçün böyük fəxrdir ki, biz bu gün bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, ümumilikdə bütöv Azərbaycanda dalğalandırırıq.

                                                            Nəzrin ƏLƏSGƏROVA

Jurnalistika ixtisası üzrə III kurs tələbəsi

Nəşr edilib : 04.11.2023 14:36