AZ EN RU

Batabatda “Xalq yaradıcılığı günü” keçiriləcək - FOTOLAR

Xalqımız 28 May  Müstəqillik Gününü zəfər və coşğu ilə qarşılayır. Bu gözəl gün və tarixi bayramımız münasibəti ilə Şahbuzun Batabat yaylağında “Xalq yaradıcılığı günü” keçiriləcək.

Rayonun zəngin mətbəxinin dadını, musiqi, rəqs, folklor və xalq oyunlarının ab-havasını təbiət qoynunda yaşamaq istəyənlər mayın 29-u, bazar günü saat 11-dən etibarən yollarını Batabatdan sala bilərlər. Ailə təsərrüfatı məhsullarının sərgi-satışının da təşkil ediləcəyi “Xalq yaradıcılığı günü”nə ailə üzvlərinizi, dostlarınızı, qonaqlarınızı da dəvət etməyi unutmayın.

“Xalq yaradıcılığı günü” turist və səyahətsevərlər üçün də yaxşı bir istirahət, gəzinti və əyləncə imkanıdır.

Bazar günü Batabatda görüşək...

Nəşr edilib : 27.05.2022 00:39