AZ EN RU

Batabatda Qərbi Azərbaycan əsilli iki gəncin toy mərasimi keçiriləcək

Xəbər verdiyimiz kimi, iyunun 21-22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Zəngəzur Milli Parkı-Batabat yaylağında “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçiriləcək. Festival-konqres çərçivəsində Qərbi Azərbaycan əsilli iki gənc-Elvin Səyyadovla Fəridə Əliyevanın toy məclisi də təşkil olunacaq. Məclisdə Qərbi Azərbaycan adət-ənənələrinə uyğun “Elçilik”, “Nişan taxma”, “Paltar biçmə”, “Çörəküstü”, “Xına”, “Gəlin köçürmə” kimi mərasimlər keçiriləcək.

Nəşr edilib : 20.06.2024 12:13