AZ EN RU

Batabatda daha bir musiqili bayram tədbiri

Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə Batabat yaylağında daha bir musiqili tədbir keçiriləcək.

İyunun 26-sı saat 11:00-da başlayacaq bayram tədbirində Şahbuz rayonunun musiqi, rəqs və folklor qruplarının milli geyimdə ifa və çıxışları təqdim ediləcək. Tədbir çərçivəsində həmçinin Şahbuz rayon məktəblilərinin bacarıqları nümayiş etdiriləcək, istedadlı qadınların əl işlərinin sərgi-satışı təşkil olunacaq.

Turist və digər qonaqlar milli mətbəx nümunələrimizdən də dada biləcək, iaşə xidmətindən yararlanacaqlar.

Ən gözəl bayramlar ən gözəl təbiət abidəsində - Batabatda yaşanır. 26 iyunda yolunuzu Batabatdan salmağı unutmayın.

Nəşr edilib : 22.06.2022 16:02