AZ EN RU

Batabat yaylağında Milli Qurtuluş Gününə həsr olunan tədbir keçiriləcək

İyunun 12-də muxtar respublikanın füsunkar guşələrindən olan Batabat yaylağında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçiriləcək.
Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbirdə rayonda fəaliyyət göstərən musiqi məktəblərinin 2021-2022-ci tədris ilinin yekun konserti olacaq.
Bununla yanaşı, ailə təsərrüfatlarının iştirakı ilə “Göycə festivalı” keçiriləcək, milli mətbəximizə aid nümunələr hazırlanaraq satışa çıxarılacaq. Muxtar respublikaya gələn turistlər üçün də yaxşı istirahət, gəzinti və əyləncə imkanı olacaq tədbirdə müxtəlif iaşə xidmətləri də göstəriləcək.

Nəşr edilib : 09.06.2022 23:36